"Həmin 1 ildə nə istəyirəmsə, onu da edəcəm"

13 İyul 2020 13:40 İngiltərə 467
"Həmin 1 ildə nə istəyirəmsə, onu da edəcəm"

“Liverpul”un baş məşqçisi Yurgen Klopp gələcək planı barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Klopp hələ 4 il də “Liverpul”da qalmağı planlaşdırdığını bidlirib.

Klopp “Liverpul”da 2015-ci ildən çalışır. O, karyerasının sonunda Almaniyaya qayıtmaq niyyətində olduğunu vurğulayıb: “Karyeramın sonunda Almaniyaya qayıtmağı qətiləşdirmişəm. Böyük ehtimalla, “Maynts”a. Yaxın gələcək üçün plan?

4 il də “Liverpul”da çalışmaq. Daha sonra isə 1 il istirahət etməyi düşünürəm. Həmin 1 ildə nə istəyirəmsə, onu da edəcəm. Daha sonra isə hansısa klubda və ya yığmada çalışmaq. Ola bilsin ki, heç işləmədim. Beş il ərzində dünya çox dəyişə bilər”.

Digər Xəbərlər
Xəbər Lenti