Aquero "Real"a qarşı niyə oynamayacaq?

11 İyul 2020 11:06 İngiltərə 509
Aquero "Real"a qarşı niyə oynamayacaq?

"Mançester Siti"nin futbolçusu Serxio Aquero Çempionlar Liqasının 1/8 finalında "Real"la cavab oyununu buraxacaq.

Sportinfo.az xəbər verir ki, argentinalı hücumçu Madrid klubu ilə görüşə kimi zədədən bərpa ola bilməyəcək.

Məlumatı Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiola da təsdiqləyib. Aquero İngiltərə Premyer Liqasında "Bernli" ilə matçda zədələndiyi üçün əməliyyat olunub.

"Mançester Siti" - "Real" görüşü avqustun 7-i keçiriləcək. Bu komandalar arasında ilk oyunda İngiltərə klubu 2:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti