ÇL-dən kənarlaşdırılması qərarı ləğv olunur - "Mançester Siti"nin

11 İyul 2020 01:38 İngiltərə 881
ÇL-dən kənarlaşdırılması qərarı ləğv olunur -

"Mançester Siti"nin növbəti iki mövsüm ərzində Çempionlar Liqasından kənarlaşdırılması qərarı ləğv olunacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə "BBC Radio Manchester"in keçmiş müxbiri İan Çizmen özünün "Tvitter" hesabında yazıb.

O, İdman Arbitraj Məhkəməsinin (CAS) klubun müraciətini təmin edəcəyini bildirilib. Jurnalist CAS-ın bununla bağlı qərarını iyulun 13-ü rəsmən açıqlayacağını vurğulayıb.

"Siti" feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən 2 illik avrokuboklardan uzaqlaşdırılıb və 30 milyon avro məbləğində cərimələnib. Pep Qvardiolanın komandası hazırda İngiltərə Premyer Liqasında 69 xalla 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti