“Mançester Yunayted”də ən çox oyun keçirən legioner qapıçı

11 İyul 2020 00:28 İngiltərə 454
“Mançester Yunayted”də ən çox oyun keçirən legioner qapıçı

İspaniyalı qapıçı David de Xea “Mançester Yunayted”in tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı qolkiper Premyer Liqanın 34-cü turunun “Aston Villa” ilə matçında iştirak edərək (3:0), “qırmızı şeytanlar”dakı oyun sayını 399-a çatdırıb.

De Xea bununla da, klub tarixində ən çox oyun keçirən legioner qapıçı olub. Bundan əvvəlki rekord MY-nin sabiq qapıçısı Kasper Şmeyxelə aid idi.

De Xea 2011-ci ildən “Mançester Yunayted”də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"