Superkubokda aşağı dəstənin qalibi?

9 İyul 2020 15:18 İngiltərə 568
Superkubokda aşağı dəstənin qalibi?

İngiltərədə 2020/2021 mövsümünün açılış oyunu ilə bağlı problem yarana bilər.

Sportinfo.az xəbər verir ki, mövsümün açılış oyunu Superkubok qarşılaşması ilə başlayır.

Bu qarşılaşmada çempion komanda kubokun qalibi ilə üz-üzə gəlir. Amma cari mövsümdə çempion “Liverpul” kubokun qalibi ilə qarşılaşmaya bilər.

Əgər kubokun qalibi avrokuboklarda mübarizəni davam etdirəcək komanda olacaqsa, onda Superkubok qarşılaşmasına Çempionşipin qalibi çıxacaq. Məsələ burasındadır ki, Superkubok qarşılaşmasının keçiriləcəyi gün avrokubokların oyunları ilə üst-üstə düşür.

Hazırda İngiltərə kubokunu qazanmaq üçün 4 komanda – “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi” və “Arsenal” mübarizə aparır. Bu komandalardan yalnız “Arsenal” avrokuboklarda mübarizəıni dayandırıb. Çempionşipdə lider “Vest Bromviç”dir.

Digər Xəbərlər
Xəbər Lenti