"Sabah"a hörmət etməliyik, təsadüfən burada deyillər"

16 Avqust 2023 03:50 Sabah 825
"Sabah"a hörmət etməliyik, təsadüfən burada deyillər"

"Sabah"ın bizə 2:0 hesabı ilə balib gəlməsi onun göstəricisidir ki, hətta bizdən aşağı yer tutan komandalar da bizi asanlıqla cəzalandıra bilər".

Sportinfo.az informer.rs-a istinadən xəbər verir ki, bu sözləri "Partizan"ın futbolçusu Nemanya Nikoliç deyib.

O, Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"a qarşı evdə keçirəcəkləri cavab oyunu barədə danışıb:

"Onlar cəmi 6 ildir fəaliyyət göstərmələrinə baxmayaraq, böyük komandadırlar. Baş məşqçiləri Murad Musayev “Krasnodar”la Çempionlar Liqasının qrup mərhələsinə düşməyi bacarmışdı.

Onlar nə istədiklərini və məqsədlərinə necə çatacaqlarını dəqiq bilirlər. Belə klublara hörmət etməliyik.

"Sabah" təsadüfən burada deyillər. Digər tərəfdən, inanıram ki, biz daha çox keyfiyyətə malikik və səmimi qəlbdən ümid edirəm ki, azarkeşlərimizin dəstəyi ilə qalib gələcəyik.

Azarkeşlərə müraciət etməkdən başqa çarəm yoxdur. Çünki yalnız onların köməyi ilə nəsə edə bilərik".

Avqustun 17-də keçiriləcək "Partizan" - "Sabah" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti