"Mançester Yunayted" İngiltərə kubokunda yarımfinala yüksəldi - VİDEO

28 İyun 2020 01:38 İngiltərə 658
"Mançester Yunayted" İngiltərə kubokunda yarımfinala yüksəldi - VİDEO

İngiltərə kubokunda mübarizə bərpa olunub.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın son pilləsində qərarlaşan "Norviç" "Mançester Yunayted"lə qarşılaşıb.

90 dəqiqə ərzində tərəflərdən heç biri üstünlük qazanmadığından, əlavə vaxta ehtiyac duyulub.

Rəqibin qırmızı vərəqə səbəbindən azlıqda çıxış etməsindən yararlanan "qırmızı şeytanlar" 118-ci dəqiqədə qələbə qolunu vurub və yarımfinala vəsiqə əldə edən ilk komanda olub.

1/4 final mərhələsinin digər oyunları iyunun 28-də keçiriləcək.

"Norviç" - "Mançester Yunayted" - 1:2
Kantuell, 75 - İqalo, 51; Maquayr, 118

Digər Xəbərlər
Xəbər Lenti