“Qarabağ”ın rəqibi səfər proqramı ilə təəccübləndirdi – QEYRİ-ADİ PLAN

8 Avqust 2023 22:20 Hadisə 449
“Qarabağ”ın rəqibi səfər proqramı ilə təəccübləndirdi – QEYRİ-ADİ PLAN

“Qarabağ”ın rəqibi HİK-in Bakı planı məlum olub.

Finlandiya çempionu oyundan bir gün əvvəl ölkəmizə təşrif buyuracaq. Qonaqları gətirən təyyarı 16:30-da Bakıya enəcək.

Bundan bir qədər sonra isə “ağ-göylər” matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi son məşqinə çıxacaq.

Skandinaviyalılar paytaxtımız dəbdəbəli otellərindən olan “Absheron Marriot”da məskunlaşacaq.

İşin maraqlı tərəfi Finlandiyadan ölkəmizə bu ölkədən olan jurnalistlərin və azarkeşlərin gəlməyəcəyidir. Yəni, bununla bağlı ev sahibi kluba – “Qarabağ”a müraciət olunmayıb.

HİK-in Bakıya oyundan bir gün əvvəl axşama doğru gəlməsi, klubun azarkeşlərinin Azərbaycana səfər etməkdə maraqlı görünməməsi ağdamlıların rəqibinin matçdan əvvəl təslim olmasına, ya da Çempionlar Liqasındakı mübarizəni vaxtından əvvəl dayandırmasına işarədir.

Avqustun 10-da Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsinddə keçiriləcək “Qarabağ” – HİK matçı saat 20:00-da başlayacaq.

Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu