“Zirə”yə qarşı “qərəz dalğası” və ya eyni epizodlarda fərqli qərarlar - VİDEOLAR

19 Fevral 17:00 Qalmaqal 884
“Zirə”yə qarşı “qərəz dalğası” və ya eyni epizodlarda fərqli qərarlar - VİDEOLAR

Azərbaycan Premyer Liqasının 23-cü turunda keçirilən “Neftçi” – “Zirə” oyunu hakim qərarları ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın 45-ci dəqiqəsində qonaqlar qol vursa da, referi Əliyar Ağayev VAR-a çağrılıb.

O, epizodu izlədikdən sonra hücumun başlanğıcında zirəlilərin futbolçusu Qismət Alıyevin kobud oynadığını bildirib və qolu ləğv edib.

Maraqlıdır ki, eyni turda keçirilən “Səbail” – “Araz-Naxçıvan” görüşündə də analoji epizod yaşanıb. Lakin baş hakim Kamran Vəliyev qolu qeydə alıb.

23-cü turda “Zirə”nin səfərdə “Turan Tovuz”la qarşılaşdığı matçda da bənzər hal yaşanmışdı. Tovuzluların futbolçusu bakılıların hücumçusuna qarşı kobudluq etsə də, hakim qolu saymışdı.

Son günlərdə Azərbaycan Premyer Liqasında hakim qərarları böyük müzakirə mövzusuna çevrilib. VAR-da qəbul olunan qərarların açıqlanmaması, söz-söhbətləri böyüdür.

Avropa ölkələri artıq VAR-da verilən qərarların stadionda səsləndirilməsi ilə bağlı yeniliklər edir. Görünən odur ki, Azərbaycan çempionatında da buna ehtiyac var.

Qeyd edək ki, yuxarıda qeyd edilən matçların hamısında VAR hakimi Rəşad Əhmədov olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!