İlin ən yaxşı məşqçisi kim olacaq? - Namizədlərin ADLARI BURADA

14 Dekabr 2023 08:30 Dünya futbolu 699
İlin ən yaxşı məşqçisi kim olacaq? - Namizədlərin ADLARI BURADA

FİFA 2023-cü ilin ən yaxşı məşqçisi mükafatına namizədlərin adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “The Best”ə namizədlər arasında Pep Qvardiola (“Mançester Siti”), Simone İnzaqi (“İnter”) və Luçano Spaletti (“Napoli”/İtaliya) yer alıb.

2022/23 mövsümündə “Mançester Siti” İngiltərə çempionu, ölkə kuboku və Çempionlar Liqasının qalibi olub. “

İnter” İtaliya kubokunu qazanıb, Çempionlar Liqasının finalına yüksəlib. “Napoli” isə 33 ildən sonra A Seriyasında ilk dəfə ölkə çempionu adın yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!