Avro-2024-ə vəsiqə qazanan millilər nə qədər PUL QAZANACAQ?

24 Noyabr 2023 03:50 Avropa çempionatı 705
Avro-2024-ə vəsiqə qazanan millilər nə qədər PUL QAZANACAQ?

2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının pul mükafatları bəlli olub.

Sportinfo.az xəbər verir ki, yarışa qatılacaq hər milli üçün 9.25 milyon avro ayrılıb.

Qrupdakı qələbəyə görə 1.5 milyon, heç-heçə üçün isə 750 min avro mükafat veriləcək.

1/8 finala yüksələn komandalar əlavə 2 milyon avro da qazanacaq. 1/4 finalçıların mükafatı 3.25 milyon avrodur. Yarımfinalçılara 5, finalçılara isə 7 milyon avrö ödəniləcək.

Turnirin qalibi olan komanda üçün 10 milyon avro ayrılıb. Bundan başqa, çempion komanda qrupundakı bütün oyunları qələbə ilə başa vurubsa, 34 milyona sahib olacaq.

Göründüyü kimi, UEFA bu yarışda ümumi mükafat fondunu xeyli artırıb. Son Avropa çempionatında bu rəqəm 301 milyon avro idisə, gələn il keçiriləcək qitə birinciliyinin ümumi mükafat fondu 371 milyon avro olacaq.

Digər Xəbərlər
Xəbər Lenti