"Sabah" əla oynadı, bütün komponentlərdə onlara uduzduq"

12 Avqust 2023 02:00 Sabah 709
"Sabah" əla oynadı, bütün komponentlərdə onlara uduzduq"

"Partizan"ın baş məşqçisi İqor Dulyay Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Sabah”a Bakıdakı məğlubiyyətini (0:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, serbiyalı klubun rəsmi saytına açıqlamasında Masazırdakı uğursuzluğundan danışıb:

"Sabah" əla futbol oynadı, onlar nə istədiklərini bilirdilər. Demək olar ki, bütün komponentlərdə rəqibə uduzduq.

Biz onlara çoxlu imkanlar verdik. Onlar müdafiəçilərinə daha çox sərbəstlik verdilər,.

Xüsusən də oyunun əvvəlində hücumların başlanğıcını düşünməyə və düzgün ötürmələr etməyə vaxt ayıra bildilər.

Bizdə çox sayda yeni futbolçular var və onların uyğunlaşması üçün vaxt lazımdır. Bizim isə zamanımız yoxdur.

Mateus Saldanya əla oyunçudur və mən ona inanıram. O, daha da yaxşı olacaq".

Dulyay matçdan sonra Murad Musayevlə arasında keçən dialoqdan da bəhs edib:

“Oyundan sonra Murad Musayevi qələbə və yaxşı oyuna görə təbrik etdim. Bizi cavab oyunu gözləyir, görək də necə alınacaq.

Amma əvvəlcə sakitləşib, rəqibi yaxşı analiz etmək lazımdır. Belqradda tamam fərqli oyun olacaq.

Azarkeşlərimizin köməyi ilə bu çətin vəziyyətdən çıxış yolu tapacağıq".

Digər Xəbərlər
Xəbər Lenti