“Messi yaxşıdır, mən onu xoşbəxt, şən görürəm”

30 Avqust 2023 00:00 Dünya futbolu 764
“Messi yaxşıdır, mən onu xoşbəxt, şən görürəm”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messinin “İnter Mayami”dəki oyunu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi, Messinin komandada xoşbəxt olduğunu bildirib:

“Messi yaxşıdır, mən onu xoşbəxt, şən görürəm, bu, əladır. Axı o, özünü yaxşı hiss etməli, rahat olmalı, komanda yoldaşları kimi özünü və ailəsini xoşbəxt hiss etməlidir.

Onun meydanda olması inanılmaz bir şeydir. Messi hələ də yüksək səviyyəli futbol nümayiş etdirməyə qadirdir”.

Argentinalı futbolçu bu mövsüm “İnter Mayami”nin heyətində bütün turnirlərdə 9 oyunda çıxış edib, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti