İngiltərə nəhəngi İran millisinin üzvünə göz qoydu

4 İyun 2020 22:00 İngiltərə 668
İngiltərə nəhəngi İran millisinin üzvünə göz qoydu

"Zenit"in hücumçusu Sərdar Azmun karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az AreaNapoli.it saytına istinadən xəbər verir ki, "Arsenal" Azmunun xidmətində maraqlıdı. Baş məşqçi Mikel Arteta transferlə bağlı "topçular"ın və "Zenit"in sabiq oyunçusu Andrey Arşavinlə əlaqə saxlayıb.

Daha əvvəl Azmunun adı "Napoli" və "Milan"la birlikdə hallanırdı. 2019-20 mövsümündə Rusiya Premyer Liqasında 21 matçda meydana çıxan iranlı futbolçunun aktivində 10 qol, 6 məhsuldar ötürmə var.

Arşavinin "Zenit"in idman departamentində yüksək vəzifə tutacağı bildirilir. O, 2011-2012-ci illər aralığında "Arsenal"da Artetanın komanda yoldaşı olub.

Digər Xəbərlər
Xəbər Lenti