"Mançester Siti" Saneyə əvəzləyici tapdı

27 May 2020 01:52 İngiltərə 535
"Mançester Siti" Saneyə əvəzləyici tapdı

"Mançester Siti" yayda komandadan ayrılacağı gözlənilən Leroy Saneyə əvəzləyici tapıb.

Sportinfo.az xəbər verir ki, ayrılıq gerçəkləşsə, "şəhərlilər" "Bayer"in vingeri Leon Beylini almağa çalışacaq. Mançester təmsilçisi Beylini Saneyə ideal alternativ görür.

Məlumata görə, bu keçid "Mançester Siti"yə ən azı 45 milyon avroya başa gələcək. Yamayka millisinin üzvü 2017-ci ildən Leverkuzen klubunda çıxış edir.

22 yaşlı futbolçu peşəkar karyerasına Belçikanın "Genk" klubunda başlayıb. Beyli bu mövsüm Bundesliqada 16 oyunda 5 qol vurub və eyni sayda assist edib.

Digər Xəbərlər
Xəbər Lenti