Millinin qapıçısı Belçika klubundan ayrıldı - FOTO

9 May 2020 00:14 Türkiyə 692
Millinin qapıçısı Belçika klubundan ayrıldı - FOTO

Türkiyəli qapıçı Sinan Bolat "Antverpen”dən ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə sözügedən Belçika klubunun rəsmi saytı məlumat yayıb.

Elita təmsilçisi Sinanla yanaşı, Kevin Miralyasla da vidalaşıb. Klub hər iki oyunçuya xidmətlərinə görə təşəkkür edib.

Türkiyə millisinin üzvü 3 il idi “Antverpen”in uğurları üçün çalışırdı. 31 yaşlı futbolçu daha öncə Türkiyədə “Qalatasaray” və “Kayserispor”un uğurları üçün çalışıb, “Portu”, “Brügge”, “Genk”, “Standard”, “Nasional” və “Aroka”da legioner həyatı yaşayıb.

Digər Xəbərlər
Xəbər Lenti