Premyer Liqa klubları futbolçuların maaşını ödəmək istəmir

27 Mart 2020 01:38 İngiltərə 655
Premyer Liqa klubları futbolçuların maaşını ödəmək istəmir

İngiltərə Premyer Liqa klublarının bəziləri futbolçularının məvaciblərini vermək istəmir.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa klubları aprelin 3-də keçiriləcək videokonfrans zamanı bu məsələni müzakirə edəcək.

İngiltərə Premyer Liqasında mövsüm aprelin 30-dan tez başlamayacaq. Buna görə də, klublar, mart və aprel ayında heç bir gəlirin olmaması səbəbindən futbolçuların bu 2 ay üçün nəzərdə tutulan məvaciblərini vermək istəmir.

Premyer Liqa təmsilçiləri ödənişlərin dayandırılmasıyla bağlı futbolçularla razılaşmaq niyyətindədir.

Digər Xəbərlər
Xəbər Lenti