Premyer Liqa klubu "ev"ini dəyişdi, əsas problemdən yaxasını qurtardı

30 Yanvar 02:20 Sumqayıt 1 307
Premyer Liqa klubu "ev"ini dəyişdi, əsas problemdən yaxasını qurtardı

Nəhayət, fevralın 4-də "Sumqayıt" yenilənmiş Mehdi Hüseynzadə adına stadionda siftə edəcək.

Sportinfo.az xəbər verir ki, yerli komanda Premyer Liqanın 21-ci turunda "Neftçi"ni qəbul edəcək.

Son illər ev oyunlarını "Kapital Bank Arena"da keçirən "Sumqayıt" üçün problemə çevrilən məqamlardan biri buranın daim küləkli olması idi.

Xüsusən, qış aylarında dənizkənarı arenada hava şəraiti üzündən çətinliklərin yaranması oyun keyfiyyətini aşağı salan faktorlardan olub.

Yeni stadionun istifadəyə verilməsinin bu məqama təsiri barədə "Sumqayıt" klubunun mətbuat katibi Zaur Xudiyevin fikirlərini öyrəndik (sportal.az):

"Belə baxanda, Mehdi Hüseynzadə ilə "Kapital Bank Arena"nın dənizə yaxınlıq səviyyəsi eynidir. Demək olar ki, paraleldilər, yolun bir üzündə biri, o biri üzündə digəridir.

Amma "Kapital Bank Arena"nın hər tərəfi açıq olduğu üçün orada külək öz təsirini çox göstərirdi.

Mehdi Hüseyzadə adına stadionun konstruksiyası isə elədir ki, dörd tərəfi tribuna, dam örtüyü və hər tərəfi bağlı olduğuna görə, küləyin təsiri xeyli azalacaq. Bunu öz təcrübəmə əsasən deyirəm".

Digər Xəbərlər
Xəbər Lenti