Alacaq, sonra da icarəyə verəcək – Gəldiyi klubun özünə

9 Mart 2020 18:20 İngiltərə 654
Alacaq, sonra da icarəyə verəcək – Gəldiyi klubun özünə

“Liverpul” “Leyptsiq”də çıxış edən almaniyalı forvard Timo Verneri heyətinə qatmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, “qırmızılar” hücumçu ilə mövsümün sonunda müqavilə imzalamağa hazırlaşır. Ancaq hücum xətti Salah, Mane və Firmino kimi oyunçulardan ibarət olan “Liverpul” futbolçunun ehtiyatda qalmasını istəmir.

Bu səbəbdən də komanda Verneri rənglərinə bağladıqdan sonra bir illik “Leyptsiq”ə icarəyə verəcək. 24 yaşlı oyunçu daha öncə verdiyi açıqlamada Yurgen Kloppla çalışmaq istədiyini bildirmişdi.

Qeyd edək ki, Verner bu mövsüm komandası ilə keçirdiyi 35 oyunda 27 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti