Qvardiolanın komandasın belə görən olmamışdı

9 Mart 2020 16:56 İngiltərə 487
Qvardiolanın komandasın belə görən olmamışdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın karyerasında antirekord qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, bu, Premyer Liqanın son turunda “Mançester Yuneyted”lə oyunda baş verib. 0:2 hesabı ilə uduzan “şəhərlilər” bu mövsüm Premyer Liqada 7-ci məğlubiyyətini alıb.

Qvardiola karyerasında heç vaxt mövsüm ərzində çempionatda 7 oyunda uduzmayıb. Onun ən pis göstəricisi Premyer Liqadakı ilk mövsümündə elə “Mançester Siti” ilə olub. Həmin vaxt Qvardiolanın komandası mövsüm ərzində 6 dəfə uduzub.

Daha əvvəl isə ispaniyalı çalışdırıcı “Barselona” və “Bavariya” ilə mövsüm ərzində 5 dəfə məğlubiyyət acısı yaşayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!