"Bayer" - "Qarabağ": Qiymətlər 8-50 avro aralığındadır

26 Fevral 11:20 Qarabağ 934
"Bayer" - "Qarabağ": Qiymətlər 8-50 avro aralığındadır

Almaniyada "Bayer 04" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün biletlərin satışa çıxarılacağı vaxt bəlli olub.

Sportinfo.az Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlər fevralın 27-də, yerli vaxtla saat 12:00-da onlayn qaydada və "Bay Arena"dakı fan-şopda satışa çıxarılacaq.

İlk olaraq klub üzvləri və abunəçilər bu fürsətdən yararlana biləcəklər. Qiymətlər 8-50 avro aralığındadır.

Martın 14-də reallaşacaq "Bayer 04" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

İlk görüş isə martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti