“Messinin qucaqlamasından sonra formamı yumayacağam"

23 Fevral 2020 23:00 İngiltərə 685
“Messinin qucaqlamasından sonra formamı yumayacağam"

“Barselona”nın yeni transferi Martin Braytvayt Kataloniya klubunda debüt edib.

Sportinfo.az xəbər verir ki, danimarkalı hücumçu evdə “Eybar”a 5:0 qalib gədikləri matçda 30 dəqiqə meydanda olub.

O, görüşdən sonra İspaniya mətbuatına açıqlama verib. “Barselona”da oynamağın ona yuxu kimi gəldiyini deyən futbolçu matçda poker edən kapitan Lionel Messi haqda maraqlı fikir səsləndirib:
REKLAM

“Messinin qucaqlamasında sonra formamı yumayacağam. Təsəvvür edin ki, bir həftə əvvəl “Barselona”da oynayacağım ağlıma da gəlmirdi.

Messi oyundan sonra məni təbrik etdi. O, əla oğlandır. İstəyir ki, mənə burada rahat olsun. Meydana çıxanda ötürmə vermək üçün məni axtarırdı”.

“Barselona” 22 yaşlı futbolçunu “Leqanes”dən 18 milyon avroya alıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı