10 yaşlı MY fanatı Kloppa məktub yazdı ki, uduzun - FOTO

21 Fevral 2020 13:01 İngiltərə 796
10 yaşlı MY fanatı Kloppa məktub yazdı ki, uduzun - FOTO

“Mançester Yunayted”in 10 yaşlı azarkeşi Dara Kyörli “Liverpul”un baş məşqçisi Yurgen Kloppa məktub yazıb.

Sportinfo.az xəbər verir ki, o, Kloppdan “Liverpul”un məğlub olmasını istəyib.

Daranın məktubunda deyilir: “Liverpul” ardıcıl qələbələr qazanır. Belə davam etsə, siz İngiltərədə məğlubiyyətsiz oyunlar seriyasına görə rekordu təzələyəcəksiniz. Bu da MY fanatlarının həyatını kədərli edir.

Buna görə də xahiş edirəm, elə edin ki, “Liverpul” növbəti oyunda məğlub olsun. Siz, sadəcə elə etməlisiniz ki, rəqib komanda qol vura bilsin”.

Yurgen azyaşlı fanata belə cavab yazıb: “Əziz Dara! Öncə məktuba görə sənən təşəkkür edirəm. Bilirəm ki, bu məktubda mənə uğur arzulamayıbsan. Amma bütün hallarda gənc futbol azarkeşindən məktub almaq xoşdur. Mən sənin məktubuna böyük dəyər verirəm.

Təəssüf ki, bu dəfə sənin istəyini yerinə yetirə bilməyəcəyəm. Sən istəyirsən ki, “Liverpul” uduzsun, amma mənim də işim ondan ibarətdir ki, komandanın qələbə qazanması üçün əlimdən gələni edim. Dünyada “Liverpul”un milyonlarla azarkeşi var. Onları kədərləndirə bilmərəm”.

Digər Xəbərlər
Xəbər Lenti