Dünyanın ən bahalı futbol klublarının SİYAHISI BURADA

3 Yanvar 02:40 Dünya futbolu 1 265
Dünyanın ən bahalı futbol klublarının SİYAHISI BURADA

"Forbes" dünyanın ən bahalı futbol klublarının yeni reytinqini təqdim edib.

Sportinfo.az xəbər verir ki, siyahıya 5 milyard 490 milyon avro ilə "Real" başçılıq edir.

"Mançester Yunayted” (5 milyard 427 milyon avro) 2-ci, "Barselona” (4 milyard 984 milyon avro) 3-cü pillədə qərarlaşıb.

"Liverpul" (4 milyard 785 milyon avro) 4-cü, "Mançester Siti" (4 milyard 514 milyon avro) 5-ci, "Bavariya" (4 milyard 396 milyon avro) 6-cı, PSJ (3 milyard 808 milyon avro) 7-ci, "Çelsi" (2 milyard 804 milyon avro) 8-ci, "Tottenhem" (2 milyard 533 milyon avro) 9-cu və "Arsenal" (2 milyard 44 milyon avro) 10-cu pillədə yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti