“Yaxşı ki, mən oynadığım vaxtda VAR olmayıb“

18 Fevral 2020 13:10 İngiltərə 974
“Yaxşı ki, mən oynadığım vaxtda VAR olmayıb“

“Mançester Yunayted”in baş məşqçisi Ule-Qunnar Sulşer “Çelsi” ilə oyunda qazanılan qələbəni (2:0) şərh edib.

Sportinfo.az xəbər verir ki, Sulşer hücumda zəif, müdafiədə əla oynadıqlarını vurğulayıb.

O, VAR sayəsində “Çelsi”nin iki qolunun ləğv edilməsinin də ədalətli olduğunu deyib: “Hücumda effektiv olduğumuzu deyə bilmərəm. Amma müdafiədə olduqca yaxşı təsir bağışladıq.

“Çelsi” iki qolunun ləğv edilməsinə görə üzgündür. Amma hakimlər düzgün qərar qəbul etdilər. Yaxşı ki, mən oynadığım vaxtda VAR olmayıb.

Bu qələbə olduqca vacib idi. İndi bizi “Çelsi”dən 3 xal ayırır. Məğlub olsaydıq, 9 xallıq fərqi aradan qaldırmaq çətin olardı”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!