"Onlar mənim bütün futbolçularımı almışdılar"

18 Fevral 2020 13:24 İngiltərə 1 205
"Onlar mənim bütün futbolçularımı almışdılar"

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger “Mançester Siti”nin avrookuboklardan uzaqlaşdırılmasına münasibət bildirib.

Sortinfo.az xəbər verir ki, Venger “Siti”yə tətbiq olunan cəzanı dəstəkləyib. O, “şəhərlilər”i onun çalışdırdığı “Arsenal”ı zəiflətməkdə ittiham edib:

“Mançester Siti” az qala mənim bütün futbolçularımı almışdı. Həmişə deyirdim ki, maliyyə məsələlərinə ciddi nəzarət olmalıdır.

Klub öz təbii gəlirləri hesabına fəaliyyət göstərməlidir. Qayda qaydadır və siz ona əməl etməyə borclusunuz. Əgər siz qaydalara əməl etmirsinizsə, onda bunu əsl idman adlandırmaq olmaz. “Mançester Siti” bilərəkdən bu addımı atıbsa, onda onların cəzalandırılması ədalətlidir”.

Müxtəlif vaxtlarda “Arsenal”dan “Siti”yə Kolo Ture, Emmanuel Adebayor, Samir Nəsri, Qael klişi, Bakali Sanyo keçib.

Digər Xəbərlər
Xəbər Lenti