Premyer Liqada 50-dən çox qol vuran ilk asiyalı

18 Fevral 2020 11:45 İngiltərə 456
Premyer Liqada 50-dən çox qol vuran ilk asiyalı

“Tottenhem” İngiltərə Premyer Liqasında “Aston Villa”ya (3:2) qalib gəldiyi oyunda yeni rekord qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, sözügedən qarşılaşmada 2 qol vuran London təmsilçisinin futbolçusu Son Hın Min yeni uğura imza atıb.

Belə ki, 27 yaşlı hücumçu Premyer Liqa tarixində 50-dən çox qol vuran ilk asiyalı futbolçu olub. Son, buna 151 görüşdə nail olub.

2015-ci ildən “Tottenhem”də forma geyinən Son, bu mövsüm Premyer Liqada 21 oyunda 9 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti