Hücumçunu 6 milyon ödəyib, birdəfəlik transfer edəcək

18 Fevral 2020 09:45 İngiltərə 683
Hücumçunu 6 milyon ödəyib, birdəfəlik transfer edəcək

"Trabzonspor"da qollarını sıralayan Aleksander Sörlott müqavilə ilə məxsus olduğu "Kristal Pelas"ı peşman edib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi norveçli hücumçunun müqaviləsinə 6 milyon avroluq satın alma şərti qoymasından peşmandır.

Premyer Liqa klubu bombardiri daha baha qiymətə satmaq fürsətini əldən verdiyi üçün üzülüb. "Trabzonspor" Norveç millisinin üzvünü 2019-cu ilin yayında 2 illik icarəyə götürüb.

"Bordo-mavililər" 24 yaşlı hücumçunu 6 milyon avro ödəyib, birdəfəlik transfer edəcək. Sörlott Super Liqada 21 oyunda 17 qol vurub, 6 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!