"Sabah"dan qorxmuruq, amma ehtiyatlı olmalıyıq" - "Partizan"ın baş məşqçisi

16 Avqust 2023 17:00 Sabah 1 016
"Sabah"dan qorxmuruq, amma ehtiyatlı olmalıyıq" - "Partizan"ın baş məşqçisi

"Qorxduğumuz üçün yox, arxayınlaşmamaq üçün ehtiyatlı olmalıyıq. Futbolçularımız necə böyük klubda oynadıqlarını bilirlər".

Sportinfo.az xəbər verir ki, bunu "Partizan"ın baş məşqçisi İqor Dulyay Serbiyada "Sabah"a qarşı keçirəcəkləri Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinin çempionatdakı matçının təxirə salındığını xatırladıb:

"Biz bunu etmədik, görüşlərə belə hazırlaşırıq. Bu bəhanə də deyil. İlk oyun kabus idi. Amma bütün məsuliyyət mənim üzərimdədir.

Futbolçularım haqqında heç vaxt məndən pis söz eşitməyəcəksiniz. Onlara inanıram. Sabah azarkeşlərin dəstəyi olduqca vacibdir.

Geridönüş edəcəyimizə ümid edirik. Komanda üzərində təzyiq var və 0:2 hesabından sonra əlavə təzyiqə ehtiyac belə yoxdur.

Rəqibin qapalı oynayacağını düşünmürəm. "Sabah"ın əla baş məşqçisi və yaxşı oyunçuları var. Bizi də yaxşı təhlil etmişdilər".

Avqustun 17-də oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıdakı ilk matçda "Sabah" 2:0 hesabı ilə qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!