Klopp Sarri ilə Kontedən üzr istədi

17 Fevral 2020 15:14 İngiltərə 734
Klopp Sarri ilə Kontedən üzr istədi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp A seriyası ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, Klopp hansı komandanın çempion olacağı ilə də bağlı proqnoz verib. O, “Latsio”ya azarkeşlik etdiyini bildirib:

“Çempionluq mübarizəsində “Latsio”ya azarkeşlik edirəm. Orda “Liverpul”un sabiq futbolçusu Lukas Leyva oynayır. Çiro İmmobile də Dortmundda rəhbərliyim altında çıxış edib.

Maurutsio Sarridən və Antonio Kontedən üzr istəyirəm. Amma mən elə hesab edirəm ki, “Latsio” sürpriz edəcək. Onlar inanılmaz mövsüm keçirirlər”.

“Latsio” A seriyasının 24-cü turunda “İnter”ə qalib gələrək (2:1) turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. “Qartallar” lider “Yuventus”dan 1 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti