“UEFA bizi sevmirsə, cəhənnəmə! Onlara göstərəcəyik”

17 Fevral 2020 12:17 İngiltərə 1 048
“UEFA bizi sevmirsə, cəhənnəmə! Onlara göstərəcəyik”

“Mançester Siti”nin iki il müddətinə avrokuboklardan uzaqlaşdırılması komandanın düşərgəsində ruh düşkünlüyü yaradıb.

Sportinfo.az xəbər verir ki, “Siti”nin baş məşqçisi Xosep Qvardiola bu amili nəzərə alaraq futbolçularını ruhlandırıb.

O, məşq zamanı motivasiya verən sözlərdən istifadə edib: “Məhz indi heç vaxt olmadığı kimi, onlara sübut etməliyik ki, biz pul yox, talant hesabına uğur qazanırıq”.

Pepin mativasiyaedici çıxışından sonra futbolçuların əhvalının yüksəldiyi bildirilir. İngiltərə mətbuatı vurğulayır ki, hazırda “Siti”nin düşərgəsindəki durumu belə xarakterizə etmək olar: “Əgər UEFA bizi sevmirsə, cəhənnəmə! Onlara göstərəcəyik”.

UEFA 2012-2016-cı illərdə sponsorlardan gələn gəlirlərin limiti aşdığı üçün “Mançester Siti”ni avrokuboklardan uzaqlaşdırıb. Klub İdman Arbitraj Məhkəməsinə müraciət etməyi planlaşdırır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"