"Yaxşı baş məşqçi olmaq istəyirsizsə, onların oyununu izləyin"

16 Fevral 2020 20:18 İngiltərə 1 209
"Yaxşı baş məşqçi olmaq istəyirsizsə, onların oyununu izləyin"

"Leyptsiq"in 32 yaşlı baş məşqçisi Yulyan Naqelsmann açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Bundesliqa tarixinin ən gənc baş məşqçisi Yurgen Kloppla Pep Qvardiolaya heyran olduğunu deyib:

"Liverpul" inanılmaz dərəcədə dəyişdi. Klopp ilk iki mövsümündə əks-hücum modelini tətbiq edirdi. Əgər yaxşı baş məşqçi olmaq istəyirsinizsə, "Liverpul"un oyununu izləməlisiniz.

Bu mövsüm "Leyptsiq"i də bu sistemlə irəli aparmaq istəyirik. Sadəcə, pressinq və əks-hücumlarda daha yaxşı olmalıyıq.

"Liverpul" demək olar, çempionluğu təmin edib. Ancaq hələ də qələbəyə ac şəkildə meydana çıxırlar. "Liverpul"la "Mançester Siti"nin oyunlarını tez-tez izləyirəm. Pep Qvardiolanın komandasının topa sahib olma sistemindəki maraqlı taktikalarını araşdırıram".

Digər Xəbərlər
Xəbər Lenti