Qvardiola yeni mövsümdə hansı klubda çalışacaq?

16 Fevral 2020 19:36 İngiltərə 634
Qvardiola yeni mövsümdə hansı klubda çalışacaq?

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın yeni mövsümdə harada çalışacağı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, o, 2020/21 mövsümündə də “Mançester Siti”də qalacaq.

UEFA-nın “şəhərlilərə” 2 mövsüm avrokubok qadağası qoymasına baxmayaraq, 49 yaşlı mütəxəssis klubu tərk etməmək qərarı verib.

Məşqçiyə yaxın mənbələr İspaniya mediasına bildiriblər ki, Pep müqaviləsinin müddəti bitənə - 2021-ci ilin yayına kimi “Mançester Siti”də qalacaq.

Bir müddətdir xarici mediada Qvardiolanın bu mövsümün “Siti”ni tərk edəcəyinə dair xəbərlər yayılıb.

Digər Xəbərlər
Xəbər Lenti