"Çelsi"yə Simeone gəlir?

16 Fevral 2020 12:56 İngiltərə 657
"Çelsi"yə Simeone gəlir?

"Çelsi"də mövsümün sonunda baş məşqçi dəyişikliyi ola bilər.

Sportinfo.az xəbər verir ki, London klubu hazırkı çalışdırıcı Frenk Lempardın fəaliyyətindən razı deyil. "Zadəganlar" bu vəzifəyə "Atletiko"nun baş məşqçisi Dieqo Simeoneni gətirməyi düşünür.

Madrid təmsilçisi də Simeonenin fəaliyyətindən narazıdır. 49 yaşlı mütəxəssisin mövsümün sonunda istefaya göndəriləcəyi ehtimal olunur.

"Çelsi" əvvəllər də D.Simeonenin xidmətində maraqlı olsa da, argentinalı çalışdırıcı ingilis dilini bilmədiyi və "Atletiko"da qalmaq istədiyi üçün təklifi rədd etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"