UEFA Premyer Liqa klubunu ÇL və AL-dan uzaqlaşdırdı: 2 illik

14 Fevral 2020 23:10 İngiltərə 1 108
UEFA Premyer Liqa klubunu ÇL və AL-dan uzaqlaşdırdı: 2 illik

UEFA "Mançester Siti"-nin Çempionlar Liqası və Avropa Liqasında iki il ərzində iştirakına qadağa qoyub.

Sportinfo.az xəbər verir ki, klub maliyyə fırıldaqçılığında ittiham edilir.

Qərara əsasən, İngilis klubunun Avropa yarışlarında iştirakı iki il müddətinə ləğv edilib və 30 milyon avro məbləğində cərimələnib. Beləliklə, "Mançester Siti" 2020/2021 və 2021/2022 mövsümlərində Çempionlar Liqası və Avropa Liqasında oynamayacaq.

"Mançester Siti"nin 2012-2016-ci illər aralığında maliyyə feyr-pley prinsiplərini pozduğu bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!