"Mançester Yunayted" Poqbanı hansı qiymətə satır?

14 Fevral 2020 19:26 İngiltərə 748
"Mançester Yunayted" Poqbanı hansı qiymətə satır?

“Mançester Yunayted” Pol Poqbanı 100 milyon avro qarşılığında satmağa hazırdır.

Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Məlumata görə, fransalı futbolçu menecerinə komandadan ayrılmaq istədiyini bildirib. O, yenidən İtaliyaya qayıtmaq niyyətindədir.

Ancaq Mançester təmsilçisi Poqbanı 100 milyon avro qarşılığında satacağını qeyd edib. Futbolçunun meneceri Mino Rayola oyunçunun gələn yay müqaviləsinin sona çatacağını əsas göstərib və onun qiymətinin endirilməsini tələb edib.

Hələlik klub rəhbərliyi bu təkliflə razılaşmır. Poqba 2016-cı ildə 105 milyon avro qarşılığında “Yuventsu”dan “Qırmızı şeytanlar”a keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti