Azərbaycan çempionatında ciddi şübhələrə yol açan oyundan VİDEO

4 Noyabr 2023 11:20 I Divizion 3 624
Azərbaycan çempionatında ciddi şübhələrə yol açan oyundan VİDEO

Azərbaycan Birinci Liqasında 7-ci turun matçları keçirilib.

"İrəvan" son turlarda çətin durumda olsa da, bu dəfə qalib gələ bilib.

Adıçəkilən komanda səfərdə "Mingəçevir"dən üstün olub. Hesabı 45+2-ci dəqiqədə Vüsal Əsgərov açıb.

"Neftçi"dən icarəyə götürülmüş yarımmüdafiəçi ona görə təyin olunmuş penaltini qapıdan keçirib. 89-cu dəqiqədə isə Famil Camalov son nöqtəni qoyub.

AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyinə israrla məsləhət görərdik k, bu matçla bağlı araşdırmaya başlasın. Yenə heç nəyi qulaqardına vurmasınlar, zəhmət çəksinlər, təhqiqata start versinlər.

Mahmud Bağırzadənin başçılıq etdiyi hakimlər briqadasının qərarları incələnməlidir. Referinin ev sahiblərinin qapısına verdiyi penalti, həmçinin ikinci hissədə "Mingəçevir"in sayılmayan qolu böyük sual doğurur.

O cümlədən, "işıqçılar"ın hücum xəttində yer alanların oyunu sorğulanmalıdır. Ümumiyyətlə, bu qarşılaşmaya aid şübhəli məqamlar adama "gəl-gəl" deyir,

SPORTİNFO.AZ

Y. Məmmədzadə adına Mingəçevir şəhər stadionu. 150 tamaşaçı
Baş hakim: Mahmud Bağırzadə
Baş hakimin köməkçiləri: Orxan İbişov, Samir Qaracayev
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Elvin Əlizadə, 45+2 (hakimin qərarına etiraz); Tural Məmmədzadə, 69 (qeyri-idman hərəkəti) // Elvin Yunuszadə, 65 (qeyri-idman hərəkəti); Bəşir Ayralov, 69 (qeyri-idman hərəkəti); Ege Atlam Adnan, 69 (qeyri-idman hərəkəti); Arsen Ağcabəyov, 74 (hakimin qərarına etiraz); Cavid Tağıyev, 88 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Sönməz Quliyev (“Mingəçevir”), 52 (hakimin qərarına etiraz)
Qollar: Vüsal Əsgərov, 45+2 (p.); Famil Camalov, 89
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 5 dəq.

“Mingəçevir”

22. Elçin Qasımov
95. Elvin Əlizadə
8. Elsevər Bəkirzadə (k)
10. Roman Hüseynov
77. Əsgər Hüseynov
11. Əsədulla Heydərov
(7. Tural Məmmədzadə, 46)
60. Elmin Bayramov
9. Vidadi Cəfərov
81. Xəyal Muradov
33. Hüseyn Əliyev
45. Aqil Nəsibov
(18. Elvin Əliyev, 34)

Ehtiyat oyunçular:

31. Elnar Kərimov
13. Toğrul Məhəmmədbəyli
1. Eldar Tərlanov
20. Elçin Abdullayev
23. Vasif Cahangirov
32. Elvin Əsgərov
15. Elnur Mirzəyev
88. Nihad Xəlilli
14. Nicat Məmmədli

Baş məşqçi: Samir Məmmədov

“İrəvan”

33. Andrey Sinenka
12. Elvin Yunuszadə (k)
77. Bayram Əliyev
(19. Famil Camalov, 72)
6. Kamal Mirzəyev
71. Fəhmin Muradbəyli
(99. Balamirzə Soltanov, 46)
4. Ege Atlam Adnan
73. Bəşir Ayralov
(50. Fərid Kərimzadə, 87)
3. Arsen Ağcabəyov
18. Vüsal Əsgərov
2. Ramin Məhərrəmov
(28. Cavid Tağıyev, 81)
29. Vüsal Qənbərov

Ehtiyat oyunçular:

1. Rafiq Həsənov
98. Əli Əliyev
44. Seymur Əliyev
Baş məşqçi: Nazim Süleymanov

Digər Xəbərlər
Xəbər Lenti