“Mançester Siti” Avropa Superkubokunun sahibi oldu - VİDEO

17 Avqust 2023 01:20 Dünya futbolu 726
“Mançester Siti” Avropa Superkubokunun sahibi oldu - VİDEO

“Mançester Siti” və “Sevilya” arasında UEFA Superkuboku uğrunda görüş başa çatıb.

Sportinfo.az xəbər verir ki, komandalar Yunanıstanın Pirey şəhərindəki Georgios Karaiçkakis stadionunda çıxış ediblər.

Görüşü baş hakim Fransua Leteksye (Fransa) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Matçın 25-ci dəqiqəsində “Sevilya”nın hücumçusu Yussef En-Nesiri Markos Akunyanın ötürməsi ilə hesabı açıb.

63-cü dəqiqədə “Mançester Siti”nin yarımmüdafiəçisi Koul Palmer Rodrinin dəqiq ötürməsi ilə hesabı bərabərləşdirib.

Matçın qalan vaxtında komandaların hər birinin qol vurub önə keçmək şansları olsa da, buna nail ola bilməyiblər -1:1.

Görüş penaltilər seriyasına keçib.

Penaltilər seriyasında isə “şəhərlilər” daha dəqiq olublar. Belə ki, həlledici penaltini Qudel reallaşdıra bilməyib.

"Mançester Siti" (İngiltərə) - "Sevilya" (İspaniya) - 1:1 (penaltilər seriyası - 5:4)

Qollar: Nesiri, 25 (0:1), Palmer, 63 (1:1)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"