"O qədər imkanımız yoxdur ki..." - İdarə Heyətinin sədri

11 Oktyabr 2023 11:20 Kəpəz 1 483
"O qədər imkanımız yoxdur ki..." - İdarə Heyətinin sədri

«Bundan sonra ev oyunlarını Tovuzda keçirəcəyik. Belə çox yaxşı oldu».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

«Turan Tovuz» əsl qonşu həmrəyliyi nümayiş etdirib. Tovuz klubu öz qapılarını «Kəpəz»in üzünə açıb.

Stadionu təmirə bağlanan Gəncə təmsilçisi mövsümün qalan hissəsini bu rayonda keçirəcək.

«Turan»ın İdarə Heyətinin sədri Ehtiram Quliyev meydan axtarışında olan həmkarlarının çağırışına müsbət yanaşıb. Beləcə, «Kəpəz» rəhbərliyi Bakı və Qəbələyə köçmək variantından imtina edib.

İ.Nadiri deyib ki, Tovuz məsafə baxımından Gəncəyə ən yaxın rayondur və bu, belə qərarın verilməsində mühüm faktordur:

«Ehtiram müəllimə klubumuz adından öz dərin minnətdarlığımızı bildiririk. Çox sağolsun, «Kəpəz»in vəziyyətinə düzgün qiymət verdi və bizə köməklik göstərdi.

Qarşı tərəfin nümayəndəsi ilə görüşdük və təşkilati məsələlərlə bağlı razılığa gəldik. Mövsümün qalan hissəsində rəqiblərimizi Tovuzda qəbul edəcəyik.

Məşqlərimizi Gəncədə keçib, oyun günü qonşu rayona gedəcəyik. Saatyarımlıq yoldur.

Bakıda oynamaq imkanımız xaricindədir. O qədər imkanımız yoxdur ki, hər məşqə 600 manat verək, otel və qida xərclərini ödəyək.

Qəbələ də ucuz səfər deyil. orada otellərin qiyməti bizim üçün bahadır. Qəbələyə birgünlük səfər 3000 manatdan çox pul aparır.

Tovuz səfəri hər mənada bizə uyğundur. Əsas odur ki, komandamız yolyorğunu olmayacaq.

Başqa yerlərdə ev oyunlarımızı keçirsək, özümüzü orada elə qonaq kimi hiss edəcəyik. Tovuzda belə olmayacaq.

Digər şəhər və rayonlardan olan komandalar üçün Tovuz həqiqətən səfər sayılır».

Digər Xəbərlər
Xəbər Lenti