"Real” və “Yunayted”ə getməkdənsə, Maldivə uçar

7 Yanvar 2020 22:22 İngiltərə 680
"Real” və “Yunayted”ə getməkdənsə, Maldivə uçar

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Mançester derbisindən əvvəl mətbuat konfransı keçirib.

Sportinfo.az xəbər verir ki, Qvardiola heç vaxt işləməyəcəyi klubların adını çəkib. O, bunun özü üçün bir prinsip məsələsi olduğunu bildirib:

“Siti”də işlədikdən sonra heç vaxt “Mançester Yunayted”də çalışmaram. O cümlədən, “Real”da da.

Bu, mənim üçün prinsipial məsələdir. Bu klublardan təklif almamaq üçün Maldivə uçardım. Ola bilsin, Maldivə yox. Orda qolf meydançası yoxdur”.

Qvardiola “Barselona”da 14, “Siti”də isə 7 titul qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti