“Onun bu qış satılacağına inanmıram” - MOURİNYO

7 Yanvar 2020 16:44 İngiltərə 967
“Onun bu qış satılacağına inanmıram” - MOURİNYO

"Tottenhem”in baş məşqçisi Joze Mourinyo komandadakı gələcəyi müzakirə olunan Kristian Eriksenlə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis, 27 yaşlı futbolçunun gələcəyi ilə bağlı bunları deyib:

“Açığı, onun qış fasiləsində satılacağına inanmıram. Vəziyyət məlumdur, Eriksen artıq istədiyi klubla danışıqlar apara və mövsümün sonunda ora transfer oluna bilər. Bu, ilk ehtimaldır.

Digər seçim həm futbolçunun, həm də hansısa klubun yanvar ayında razılıq əldə etmək istəməsidir. Bu halda hər şey klubumuzdan asılı olacaq. Son ehtimal isə onun komandada qalmasıdır. Hazırda Eriksen burdadır və bizim futbolçumuzdur”.

Danimarkalı futbolçu ilə “Real”, “İnter”, “Yuventus” və “Mançester Yunayted”in maraqlandığı deyilir.

Digər Xəbərlər
Xəbər Lenti