Qvardiola: "Çempionluq üçün 100 xal lazımdır"

15 Dekabr 2019 12:04 İngiltərə 561
Qvardiola: "Çempionluq üçün 100 xal lazımdır"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola son illər İngiltərə Premyer Liqasını qazanmağın çətinliyindən danışıb.

Sportinfo.az xəbər verir ki. ispan mütəxəssis klubun rəsmi saytına açıqlamasında İngiltərə çempionatında rəqabətin artdığını bildirib:

"Biz gələndə çempionluq üçün 85-90 xal kifayət edirdi. İndi isə demək olar ki, 100 xal lazımdır. Top-futbolçuların sayəsində "Liverpul" və "Mançester Siti" planı qaldırıb. İndi yenidən bu hədəfə çatmalıyıq. "Liverpul"dan geridə olan komandaların hamısı bilir ki, 100-ə yaxın xal toplamaq lazımdır".

Qeyd edək ki, Premyer Liqada 17 turdan sonra 49 xalı olan "Liverpul" turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən və 32 xalı olan "Mançester Siti" isə 3-cü pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti