Baş məşqçi millidən uzaqlaşdırıldı - 19 yaşlı qıza görə... Təcavüz ittihamı!

2 Fevral 03:30 Hadisə 751
Baş məşqçi millidən uzaqlaşdırıldı - 19 yaşlı qıza görə... Təcavüz ittihamı!

Rusiya Dalğıc Federasiyası məşqçi Pavel Muyakinə qarşı təzyiq iddiaları ilə bağlı müstəqil araşdırma aparmaq üçün komissiya yaradıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb 61 yaşlı mütəxəssisin cinsi təcavüzdə ittiham olunmasıdır.

19 yaşlı üzgüçü Mariya Bruenok yerli mətbuata açıqlamasında Muyakin tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib. Onun sözlərinə görə mütəxəssis idmançının məşq prosesini müzakirə etmək adı ilə otağına dəvət edib və daha sonra öpüb.

Rusiya Dalğıc Federasiyasının mətbuat xidmətindən ittihamla bağlı xüsusi komissiya yaradıldığı və müstəqil araşdırma aparılacağı bildirilib.

Muyakin isə istintaq başa çatana qədər işdən kənarlaşdırılıb və artıq Rusiya millisinin baş məşqçisi deyil. Ancaq məşqçi "Match TV”yə verdiyi şərhdə Bruenokun ittihamlarını əsassız adlandırıb.

O, "Bizim Bruenokla yalnız bir əlaqəmiz var idi, işlək idi, onun təqdim etdiyi şəkildə deyil. Çoxlu məşqçilik təcrübəm, 61 yaşım var. Sonra da heç nəyə əsaslanmayan bu ittiham var. Mən təbii ki, təkzib edirəm. Dünən Saratovda idim, onunla danışmağa, bütün bunları niyə etdiyini aydınlaşdırmağa çalışdım. Amma onunla düzgün danışa bilmədim”, deyib.

Rusiya millisinin üzvü Bruenok Yekaterinburqda keçirilən Beynəlxalq Universitet İdman Festivalının qalibi, ölkə çempionatının medalçısıdır.

Digər Xəbərlər
Xəbər Lenti