"Biz çempionluq uğrunda mübarizə aparmırıq"

13 Noyabr 2019 01:10 İngiltərə 499
"Biz çempionluq uğrunda mübarizə aparmırıq"

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi seçilən “Çelsi”nin çalışdırıcısı Frenk Lempard açıqlama verib. Sportinfo.az xəbər verir ki, 41 yaşlı mütəxəssis çempionatda çempionluq uğrunda yarışmaqdıqlarını bildirib:

“Turnir cədvəlində “Mançester Siti” kimi komandadan öndə olmaq gözəldir. Lakin biz çempionluq uğrunda mübarizə aparmırıq. Gənc futbolçularla birgə keçid dönəmindəyik”.

"Liverpul" 12 turdan sonra 34 xalla turnir cədvəlinə başçılıq edir. "Lester Siti" və "Çelsi" 26 xalla 2-3-cü yerləri bölüşür. "Mançester Siti" 25 xalla 4-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti