Super göstərici: qapıya gedən 16 zərbədən 11-i qol olub

12 Noyabr 2019 17:54 İngiltərə 513
Super göstərici: qapıya gedən 16 zərbədən 11-i qol olub

İngiltərə Premyer Liqasının 2-ci pilləsində qərarlaşan və lider "Liverpul"dan 8 xal geri qalan "Lester"in hücumçusu Ceymi Vardi geridə qalan həftələrdə möhtəşəm göstərici ilə diqqəti çəkir.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı forvard 12 turda ümumilikdə qapılar istiqamətində 25 zərbə vurub ki, onlardan 16-sı "çərçivə"yə gedib və 11-i qol olub.

Bombardirlər yarışında "Çelsi"dən Tami Abrahamı 1 qol qabaqlamaqla lider olan Vardi uğurlu çıxışına görə Premyer Liqada ötən ayın ən yaxşı futbolçusu seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!