“Neftçi”yə hörmətsizlik edən futbolçu 10 min dollar cərimələnəcək? - VİDEO

15 İyun 2020 19:02 Neftçi 1 020
“Neftçi”yə hörmətsizlik edən futbolçu 10 min dollar cərimələnəcək? - VİDEO

Məlum olduğu kimi, “Neftçi”nin hücumçusu Baqali Dabonun "Qarabağ"ın forması ilə fotosu yayılıb.

Bu məlumatı ilk dəfə yayan Sportinfo.az bir daha xatırladır ki, şəkli fransalı hücumçunun xanımı Tuğba İnstaqram hesabında paylaşıb.

Fotonun yayılması Dabonun Ağdam klubuna keçəcəyi ilə bağlı söhbətlərin yaranmasına səbəb olub. Həmçinin Dabonun "Neftçi"nin əzəli rəqiblərindən olan "Qarabağ"ın formasını geyinməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

"Neftçi" ilə müqaviləsi bu ayın sonu başa çatacaq futbolçunun "ağ-qaralar"dan ayrılacağı dəqiqdir. Onu indi böyük miqdarda cərimə gözləyir.

Paytact klubundan əldə etdiyimiz məlumata görə, fransız legionerin bir aylıq maaşının təqribən yarısı qədər cərimələnməsi nəzərdə tutulur. Bu da hardasa 10 min dollar edir.

Digər Xəbərlər
Xəbər Lenti