Azərbaycan futbolunda ŞOK GECƏ – ÖLƏN VAR!

11 Dekabr 2022 00:30 Hadisə 734
Azərbaycan futbolunda ŞOK GECƏ – ÖLƏN VAR!

Yevlaxda qəza olub.

Sportinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Tanrıqulular kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” və “Opel” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən birgə xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Yevlaxda avtomobil qəzasında xəsarət alanlar futbol hakimləri və hakim-inspektor olub.

Ceyhun Haşımov, Elmin Süleymanov, Rövşən Rəcəbov, Asif Abdullayev və Rəsul Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisə ədalət təmsilçiləri I Divizionda “Mingəçevir” və “Qaradağ Lökbatan” arasındakı XIV tur oyunundan sonra Bakıya qayıdarkən baş verib. Onları daşıyan nəqliyyat vasitəsi Tanrıqulular kəndində qarşıdan gələn avtomobillə toqquşub.

C.Haşımov FIFA dərəcəli keçmiş referi Mübariz Haşımovun qardaşıdır.

Qəza nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, "Mingəçevir" - "Qaradağ Lökbatan" matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Həmin qarşılaşmada Rövşən Rəcəbov baş hakim, Elmin Süleymanov və Asif Abdullayev laysmanlar, Rəsul Babayev dördüncü hakim, Ceyhun Haşımov isə hakim-inspektor olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"