70 milyon avroluq təklifi rədd edildi - “Liverpul”un

9 Yanvar 2022 15:40 İngiltərə 616
70 milyon avroluq təklifi rədd edildi - “Liverpul”un

“Liverpul” “Portu”nun futbolçusu Luis Diası transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, Mersisayd təmsilçisi 24 yaşlı hücumçu üçün Portuqaliya klubuna 70 milyon avro təklif edib. .

“Portu” “Liverpul”un təklifi ilə razılaşmır və İngiltərə klubundan daha 10 milyon avro tələb edir.

Diasla “Liverpul”la yanaşı, “Mançester Yunayted” və “Nyukasl” klubları da maraqlanır.

Kolumbiyalı futbolçu bu mövsüm “Portu” ilə 24 oyunda 14 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti