Rəşad Sadıqov “Qarabağ”la oyundan əvvəl 7 futbolçuya xəbərdarlıq etdi - ADLAR

18 Mart 2022 17:00 Premyerliqa 779
Rəşad Sadıqov “Qarabağ”la oyundan əvvəl 7 futbolçuya xəbərdarlıq etdi - ADLAR

Martın 18-də və 19-da Azərbaycan Premyer Liqasında 20-ci turun oyunları keçiriləcək.

Xüsusən ilk “4-lük”dəki komandaların bir-biri ilə qarşılaşmalarının maraqlı alınacağına şübhə yoxdur.

Lakin heç də bütün futbolçular mübarizənin həyəcanını hiss edə bilməyəcək. Vərəqə cəzalıları oyunları kənardan izləməyə məhkum olduğu halda, 3 “sarı”sı olanlar növbəti görüşdə iştirak etmək üçün ehtiyatı əldən verməməlidir.

Bu dəfə 2 futbolçu yaşıl meydana ayaq basmaq imkanından məhrumdur. “Qarabağ”dan Bəhlul Mustafazadə, “Neftçi”dən Mert Çelik cəzalı duruma düşüb. “Sabah”ın qapıçılarla işləyən məşqçisi Vitali Kovalyov da texniki zonada yer almaqdan məhrumdur.

33 futbolçu isə diqqətli olmağa məhkumdur. Geridə qalan turlarda oyun qaydalarına əməl etməyib 3 sarı vərəqə alıb, cəzanın bir addımlığına yaxınlaşanlar bu dəfə ehtiyatlı davranmalı olacaq.

Bu mənada “Zirə”nin vəziyyətinə acımamaq olmur. 21-ci turda “Neftçi” ilə qarşılaşacaq “qartallar”ın 7 futbolçusu cəza sərhədindədir.

Odur ki, Rəşad Sadıqov həmin oyunçulara “Qarabağ”la görüşdə diqqətli olmağı tapşıracaq. Eyni durum “Qəbələ”də də yaşanır.

3 “sarı”sı olanların siyahısını təqdim edirik:
Asif Məmmədov, Murad Musayev, Emil Səfərov, Rafel Utziq, İsnik Alimi, Nicat Mehbalıyev, Rövlan Muradov (hamısı “Qəbələ”), Emin Mahmudov, Mamadu Mboc (hər ikisi “Neftçi”), Merab Qiqauri, İlkin Qırtımov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Stanislav Namaşko (hamısı “Keşlə”), Qismət Alıyev, Cəlal Hüseynov, Mehti Cənnətov, Dmitrios Çantakias, Ağabala Ramazanov, Davit Volkov, Mohamed Hamdaui (hamısı “Zirə”), Elvin Camalov, Ceyhun Nuriyev, Kristian Sebalyos (hamısı “Sabah”), Rauf Əliyev, Yurgen Qoxa, Adil Nağıyev, Məhəmməd Mirzəbəyov (hamısı “Səbail”), Qara Qarayev, Kadi Borges, Riçard Almeyda (hamısı “Qarabağ”), Rəhim Sadıqov, Vüqar Mustafayev (“Sumqayıt”).

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti