Premyer Liqa nəhəngi baş məşqçini istefaya göndərir?

18 Noyabr 2021 21:40 İngiltərə 504
Premyer Liqa nəhəngi baş məşqçini istefaya göndərir?

"Mançester Yunayted" rəhbərliyi baş məşqçi Ule-Qunnar Sulşeri istefaya göndərmək qərarına gəlib.

Sportinfo.az xəbər verir ki, "qırmızı şeytanlar" 48 yaşlı mütəxəssisə əvəzedici tapdıqdan sonra qəti tədbirlər görüləcək.

Norveçli baş məşqçi ilə əməkdaşlığın davam etdirilməsində mühüm amil klubunÇempionlar Liqasındakı nəticələridir.

Komanda Avropanın bir nömrəli klub turnirinin qrup mərhələsində keçirdiyi 4 oyunda 7 xal toplayıb və F qrupunda liderdir.

"Qırmızı şeytanlar" Premyer Liqada 11 turdan sonra 17 xalla 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti